Abid Qafarovun işi Apellyasiya Məhkəməsinə qaytarılıb

Ali Məhkəmə ötən il həbs olunmuş “KİM” Youtube kanalının əməkdaşı Abid Qafarovun işini apellyasiya instansiyasına qaytarıb. Bu barədə vəkil Aqil Layıc bildirib.

Qafarov Yasamal Rayon Məhkəməsinin qərarı ilə bir il müddətinə azadlıqdan məhrum edilib. O, böhtan və təhqirdə (Azərbaycan Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri) ittiham olunur.

Məhkəmə onu Qarabağ müharibəsi veteranlarını “təhqir etməkdə” təqsirli bilib. Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.

Qafarov ittihamları rədd edib və bildirib ki, “Tərtər işi”nin füqurantlarına qarşı işgəncələrin açıqlanmasına görə siyasi motivlərlə təqib olunur.

Previous Post

Abil Gafarov’s case returned to the Court of Appeal

Next Post

The Committee to Protect Journalists called for the release of Veli Shukurzade

Start typing to see you are looking for.