Abzas Media-nın jurnalisti Elnarə Qasımova 2,5 ay müddətinə həbs olunub

[vc_row][vc_column][vc_column_text]Xətai Rayon Məhkəməsi Abzas Media-nın jurnalisti Elnarə Qasımova barəsində 2 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Bu barədə vəkil Bəhruz Bayramov bildirib.
O, məhkəməyə əlləri arxadan qandallanaraq gətirilən qızın qeyri-insani rəftara məruz qaldığını bildirib. Məhkəmə binasında onun əli artıq öndən qandallanıb. Hakim hələ vəkillər etiraz etməzdən əvvəl qandalların açılması və qızın şüşə qəfəsdən çıxarılması barədə göstəriş verib.
Bununla belə, məhkəmə vəsatəti təmin etməyib və jurnalisti 2 ay 17 gün müddətinə həbs edib.
O, bu iş üzrə həbs edilmiş digər beş jurnalist və mətbuat işçisi ilə eyni maddə – CM-in 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə məsuliyyətə cəlb olunub.
Qasımova ittihamları təkzib edib. O, həbsinin Abzas Media-dan olan həmkarlarının həbsindən sonra jurnalist fəaliyyətinə davam etməsi, bu nəşr üçün çəkiliş etməsi ilə bağlı olduğunu bildirib.
Qasımova yanvarın 13-də CM-in 206.3.2-ci maddəsi üzrə şübhəli şəxs qismində cəlb olunub. O, Abzas Media-nın işi üzrə cəlb olunan altıncı jurnalist və mətbuat işçisi olub.
[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

“Abzas Media” journalist Elnara Gasimova was arrested for 2.5 months

Next Post

Journalist Shahin Rzayev arrested

Start typing to see you are looking for.