[vc_row][vc_column][vc_column_text]Həbsdə olan “Abzas Media”nın direktoru Ülvi Həsənliyə vəkili ilə əlaqə saxlamağa icazə verilmədiyi bildirilir.
Vəkil Zibeydə Sadıqova Turan-a bildirib ki, Ülvi Həsənli ilə saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında görüşsə də, onun zənglərinə qadağa qoyulub: “Bu, qeyri-qanunidir və mən bu məsələ ilə bağlı həm Penitensiar Xidmətə, həm Ombudsman Aparatına müraciət etmişəm. Biz bu məsələyə görə məhkəməyə də müraciət etmək niyətindəyik”, deyə vəkil qeyd edib.
Sadıqova bildirib ki, bundan əvvəl Ülvi Həsənliyə istintaq tərəfindən ailəsi ilə görüş və zəng qadağası qoyulub: “Biz bu məsələ ilə bağlı məhkəməyə müraciət etmişik. Amma Ülvi bəyə hətta ailəsi tərəfindən gətirilən kitabları belə götürmürlər”, deyə o qeyd edib.
Penitensiar Xidmətindən Turan-a bildirilib ki, məsələ araşdırılacaq və məlumat veriləcək
[/vc_column_text][/vc_column][/vc_row]