Ağaəli Yahyayev həbs olunub

[vc_row][vc_column][vc_column_text]Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü Ağaəli Yahyayev həbs olunub.

Bu barədə vəkil Zibeyda Sadıqova məlumat verib.

Onun sözlərinə görə, A.Yahyayeva qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını külli miqdarda hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsilə ittiham irəli sürülüb.

Vəkil qeyd edib ki, inanclı fəal avqustun 31-dən Abşeron Rayon Polis İdarəsində saxlanılmışdı. “Dünəndən Ağaəli Yahyayevi axtarmışam, ən azı 5 dəfə Abşeron Rayon Polis İdarəsinə zəng vurmuşam. Hər dəfə də mənə cavab veriblər ki, orada belə şəxs saxlanılmır. Bu gün isə məlum olub ki, Abşeron Rayon Polis İdarəsində ona qarşı ittiham irəli sürülüb”.

Z.Sadıqova əlavə edib ki, Abşeron Rayon Məhkəməsinin qərarı ilə A.Yahyayevin barəsində həbs qətimkan tədbiri seçilib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

Agali Yakhyaev arrested on charges of drug trafficking

Next Post

Charges against Nazim Beidemirli toughened

Start typing to see you are looking for.