AİHM 2023-cü ildə Azərbaycandan olan işlər üzrə 40 qərar qəbul edib

[vc_row][vc_column][vc_column_text]2023-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan olan ərizəçilərin işləri üzrə 40 qərar qəbul edib. Bu barədə bu gün Strasburqda AİHM prezidentinin mətbuat konfransında bildirilib, xəbəri “Amerikanın Səsi” Radiosunun Azərbaycan xidməti yayıb.
Azərbaycan üzrə qərarlarda ən çox ədalətli məhkəmə təhqiqatı hüququnun pozulduğu etiraf olunub. Bu, 10 qərarda əksini tapıb.
AİHM 8 qərarda azadlıq və şəxsi toxunulmazlıq, şəxsi həyata hörmət hüququnun, 6 qərarda birləşmək azadlığının, 5 qərarda mülkiyyət hüququnun, 4 qərarda işgəncələrə və qeyri-insani rəftara məruz qalmama hüququnun, 3 qərarda ifadə azadlığının, 3 qərarda yaşamaq hüququnun, 1 qərarda səmərəli hüquqi müdafiə vasitələri hüququnun pozulduğunu təsdiq edib.
AİHM 2023-cü idə ümumilikdə mahiyyəti üzrə 1014 qərar qəbul edib.[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

In 2023, the ECHR adopted 40 rulings on cases from Azerbaijan

Next Post

On 25 January 2024, the Parliamentary Assembly of the Council of Europe, adopted a resolution based on the report by Mogens Jensen.

Start typing to see you are looking for.