Aksiya iştirakçısı 7 sutka həbs edilib

Azərbaycan Xalq Cəbhəsi Partiyası Binəqədi rayon təşkilatının sədri Ramid Nağıyev 7 sutka həbs edilib, Turan-a partiyadan bildiriblər.

Mənbənin məlumatına görə, Nağıyev oktyabrın 24-də Bakı meriyasının qarşısında keçirilən aksiya zamanı saxlanılıb, lakin sonradan sərbəst buraxılıb. Ancaq bu gün polislər onun evinə gələrək aparıblar.

Nağıyevin tərəfdaşlarının məlumatına görə,  o, Ədliyyə Nazirliyi Probasiya Xidmətinin hansısa “mülki iş” üzrə sorğusu əsasında həbs edilib.

Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyindən şərh almaq mümkün olmayıb.

Previous Post

Protesters arrested for seven days

Next Post

Azerbaijan remains among countries with non-free Internet – Freedom House

Start typing to see you are looking for.