Ali Məhkəmə demokratik.az saytının rəhbəri barəsində hökmü qüvvədə saxlayıb

Noyabrın 6-da Ali Məhkəmədə demokratik.az saytının rəhbəri Osman Nərimanoğlunun (Rzayev) pul tələb etmə ittihamı ilə 6,5 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökmdən verdiyi şikayətə baxılması başa çatıb.

Onun həyat yoldaşı Arzu Rzayevanın Turan-a verdiyi məlumata görə, Ali Məhkəmə şikayəti təmin etməyib və hökmü dəyişiklik etmədən qüvvədə saxlayıb.

* Osman Nərimanoğlu 5 iyul 2022-ci il tarixində pul tələb etmə ittihamı ilə həbs olunub. O, həbs edildikdən sonra ona qarşı ittihamların yalan olduğunu və saytda korrupsiya əməlləri haqqında materiallar dərc edilən Meliorasiya İdarəsinin məmurlarının, həmçinin Goranboy və Göygöl rayonlarının həkimlərinin ona böhtan atdığını bildirib.

25 yanvar 2024-cü il tarixində məhkəmə onu 6,5 il müddətinə azadlıqdan məhrum edib, mayın 17-də isə Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb. Hüquq müddafiəçiləri Osman Nərimanoğlunu siyasi məhbus kimi tanıyıblar.

Previous Post

Supreme Court upholds sentence of head of demokratik.az website

Next Post

Court refuses to transfer Imran Aliyev to house arrest

Start typing to see you are looking for.