Ali Məhkəmə İslam Partiyasının rəhbərini həbsdə saxlayıb

Bu gün Azərbaycan Ali Məhkəməsində Azərbaycan İslam Partiyasının sədri vəzifəsinin icraçısı, dövlətə xəyanət ittihamı ilə 16 il azadlıqdan məhrum edilmiş İlham Əliyevin barəsində hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Proses zamanı Əliyev İranın xeyrinə casusluq ittihamlarını rədd edib.

Onun sözlərinə görə, ittiham partiyanın İrandan maliyyə alması barədə məlumatlara əsaslanıb.

Lakin Əliyevin qeyd edib ki, bunlar şəxsi ianələr olub.

“İranda konfrans zamanı bir dindar mənə yaxınlaşaraq islam həmrəyliyi motivlərilə partiyaya maliyyə yardımı təklif etdi. Bir neçə ay belə yardım  edildi. Amma partiya Azərbaycanda partiya üzvlərinin və tərəfdarlarının ianələri hesabına mövcud olub”, – Əliyev deyib.

Lakin Ali Məhkəmə şikayəti təmin etməyib və dəyişiklik olmadan hökmü qüvvədə saxlayıb.

Vəkil Cavad Cavadov bildirib ki, müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək niyyətindədir.

O qeyd edib ki, bundan öncə istintaq zamanı Əliyevin həbsdə saxlanılmasından şikayət verilib.

Azərbaycan İslam Partiyası 1991-ci ildə Nardaran qəsəbəsində yaradılıb. 1992-ci ildə partiya dövlət qeydiyyatından keçib. Lakin 1995-ci ildə onun lideri Əlikram Əliyev İranın xeyrinə casusluq ittihamı ilə həbs edilərək mühakimə olunub və partiyanın qeydiyyatı ləğv edilib.

2011-ci ildə onun partiya sədri kimi davamçısı Mövsüm Səmədov və bir neçə partiya üzvü 12 il müddətinə azadlıqdan məhrum edilib.

O vaxtdan partiyanın rəhbəri postu vakant olaraq qalıb, son illərdə bu vəzifəni İlham Əliyev tutub.

Previous Post

The Supreme Court leaves the head of the IPA in prison

Next Post

The court did not finally stop the criminal prosecution of the Yunus spouses

Start typing to see posts you are looking for.