Almaniyadan sürgün edilmiş fəalın işi üzrə məhkəmə başlayıb

Çərşənbə günü Bakı Ağır Cinayətlər Məhkəməsində böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Pünhan Kərimlinin işi üzrə hazırlıq iclası keçirilib.

O, bu ilin yanvarında, Almaniyadan readmissiya olunduqdan ay yarım sonra həbs edilib. Almaniyada ona siyasi sığınacaq verməkdən imtina ediblər.

Kərimli bildirib ki, siyasi motivlərlə, Azərbaycanda insan hüquqlarının pozulmasına etiraz əlaməti olaraq Almaniyada keçirilən aksiyalarda iştiraka görə təqib edilir.

Bu gün hüquq müdafiəçiləri və jurnalistlər prosesə buraxılmayıb.

Məhkəməyə yalnız fəalın atası Vahid Kərimov buraxılıb. O, oğlunun uydurma ittihamla həbs edildiyini bildirib.

Prosesdə vəkil Cavad Cavadov bəraətverici əsaslarla cinayət icraatının dayandırılması haqqında vəsatət qaldırıb, vəsatət təmin edilmədiyi təqdirdə isə qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsini xahiş edib.

Amma məhkəmə hər iki vəsatəti təmin etməyib və mahiyyəti üzrə dinləmələri iyunun 1-nə təyin edib. Hüquq müdafiəçiləri Kərimlini siyasi məhbus kimi tanıyıblar. O, ötən ilin oktyabrından etibarən Almaniyadan readmissiya edildikdən sonra həbs edilmiş beş fəaldan biridir.

Previous Post

Trial in the case of activist expelled from Germany

Next Post

Blogger Rashad Ramazanov claims of torture at police

Start typing to see posts you are looking for.