[vc_row][vc_column][vc_column_text]Bu gün Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli Bakıda Teymur Əliyev küçəsində saxlanılıb və naməlum istiqamətə aparılıb. Bu barədə Məmmədlinin həmkarları bildiriblər.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi seçkilərin müstəqil monitorinqlərilə tanınır.
Daha öncə Məmmədli 2013-cü ildə iqtisadi cinayətlər törətmək ittihamı həbs edilib. O, siyasi məhbus kimi tanınıb. Məmmədli Vatslav Havel adına mükafata layiq görülüb.
Bundan əvvəl hökumətyönlü mətbuat “Qərbin puluyla Azərbaycana qarşı iş aparan” vətəndaş cəmiyyəti nümayəndələrinin arasında onun da adını çəkmişdi.
Anar Məmmədli saxlanılıb, araşdırma aparılır, ictimaiyyətə əlavə məlumat veriləcək.
Bu barədə Turana Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əmakdaşı İbrahim Əmiraslani bildirib.[/vc_column_text][/vc_column][/vc_row]