Apellyasiya Məhkəməsi Anar Məmmədlini həbsdə saxlayıb

[vc_row][vc_column][vc_column_text]Mayın 15-də  Bakı Apellyasiya Məhkəməsi  Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin ev dustaqlığına buraxılmasından imtina barədə şikayəti təmin etməyib. Bu barədə Turan-a onun vəkili Elmar Süleymanov bildirib.

Proses zamanı Məmmədli ona qarşı irəli sürülən qaçaqmalçılıq ittihamını rədd edib, cinayət işini özünün ictimai və hüquq-müdafiə fəaliyyətilə əlaqələndirib.

Məhkəmənin diqqətinə çatdırılıb ki, Anar Məmmədlinin həbsi Avropa İnsan Hüquqları Konvensiyanın 5-ci (azadlıq və toxunulmazlıq hüququ) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulması ilə həyata keçirilib.

* Aprelin 30-da Anar Məmmədli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq ittihamı  (Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi) ilə həbs edilib.  Əvvəlcə “Abzas Media işi” üzrə cəlb edilmişdi.

Sonradan onun işi ayrı icraata götürülüb.

Çoxsaylı beynəlxalq təşkilatlar, ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Anar Məmmədlini və həbsdə  olan digər jurnalistləri və fəalları dərhal azad etməyə çağırıblar.

Xatırladaq ki, son bir neçə ayda 17 fəal və jurnalistə qarşı cinayət işi açılıb, onlardan 15-i həbsdədir.[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

The Court of Appeal has remanded Anar Mammadli in custody

Next Post

Court keeps Nargiz Absalamova in custody

Start typing to see you are looking for.