Apellyasiya Məhkəməsi fəal Ramil Babayevi həbsdə saxlayıb

[vc_row][vc_column][vc_column_text]Aprelin 1-də Bakı Apellyasiya Məhkəməsi “Toplum TV işi” üzrə həbs edilmiş fəal Ramil Babayevin ev dustaqlığına buraxılmasından imtina ilə bağlı şikayəti təmin etməyib.

Vəkil Ayşə Abdel Qədir Turan-a bildirib ki, Apellyasiya Məhkəməsi həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatəti təmin etməyərək Bakı Xətai Məhkəməsinin 19 mart tarixli qərarını qüvvədə saxlayıb.

Bundan əvvəl vəkil Babayev məhkəməyə gətirilərkən zorakılıq tətbiq edən polis əməkdaşlarının məsuliyyətə cəlb olunması üçün prokurorluğa müraciət edib.

Vəkil iki həftə öncə Babayevin qanunsuz həbsi, təhsil və sağlamlığının qorunması hüququnun pozulması ilə bağlı ombudsmana müraciət edib. Həbs səbəbindən Babayev Elmlər Akademiyası Fəlsəfə İnstitutunun doktoranturasında təhsilini yarımçıq qoyub. Bundan əlavə, Babayev  periodik qıcolmalara məruz qalır və təcili tibbi müdaxiləyə ehtiyacı olur ki, bu da istintaq təcridxanasındakı saxlanma şəraitində mümkün deyil.

Lakin vəkil nə Ombudsman Aparatından cavab alıb, nə də prokurorluqdan. Bu orqanlar tərəfindən hər hansı tədbir görülməyib.

*Xatırladaq ki, martın 6-8-də “Toplum” TV və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlara qarşı xarici valyuta qaçaqmalçılığı ittihamı irəli sürülüb. Yeddi nəfər 4 ay müddətinə ilkin həbs cəzasına məhkum edilib, iki nəfər polis nəzarətinə verilib.[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

The Court of Appeal has left activist Ramil Babayev under arrest

Next Post

Government agencies ignore threats to the life of Alesker Mammadli

Start typing to see you are looking for.