Apellyasiya Məhkəməsi fəallar İlkin Əmrahov və Fərid Mehralızadənin şikayətlərini təmin etməyib

Bu gün Bakı Apellyasiya Məhkəməsi “Toplum TV işi” üzrə həbsdə olan fəal İlkin Əmrahovun həbs müddətinin uzadılması ilə bağlı şikayətə baxıb.

Şikayət Əmrahovun ilkin həbs müddətinin oktyabrın 6-dək uzadılması ilə əlaqədar verilib.

Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib, fəalın vəkili Rövşən Rəhimova Turan-a bildirib.

O deyib ki, müdafiə tərəfi Əmrahovun barəsində Avropa İnsan Hüquqları və Azadlıqları Konvensiyasının 5-ci maddəsinin (azadlıq və şəxsi toxunulmazlıq hüququ) pozulması ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcək.

Bu gün Apellyasiya Məhkəməsi iqtisadçı Fərid Mehralızadənin ev dustaqlığına buraxılmasından imtina şikayətini də təmin etməyib. O, “Abzas Media işi üzrə” həbs edilib.
Previous Post

The Court of Appeal rejected the complaints of activists Amrahov and Mehralizade

Next Post

European Court Rules on Complaints Against Azerbaijan

Start typing to see you are looking for.