Apellyasiya Məhkəməsi həmkarlar ittifaqı fəalını həbsdə saxlayıb

[vc_row][vc_column][vc_column_text]Bu gün Bakı Apellyasiya Məhkəməsində (BAM) “Demokratiya 1918” Hərəkatının Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiyəddin Məmmədovun 30 sutkalıq inzibati həbslə bağlı şikayətinə baxılıb.

Prosesin açıq olmasına baxmayaraq, jurnalistlər prosesə buraxılmayıb. Məhkəmə rəsmiləri “tapşırıq belədir” deyiblər.

Vəkilin sözlərinə görə, M.Məmmədov İnzibati Xətalar Məcəlləsinin 510.1 (xırda xuliqanlıq) və 535.1 (polisə tabe olmama) maddələri üzrə özünü təqsirli bilməyib.

Məmmədov bildirib ki, onu 20 saatdan çox 26-cı polis bölməsində vəkil dəvət etməyə imkan verilmədən saxlayıblar. Üstəlik, onun adından protokolda yazıblar ki, guya vəkildən imtina edib və bu protokolu onun əvəzinə başqası imzalayıb. Lakin məhkəmə həmkarlar ittifaqı fəalının şikayətini təmin etməyib.

Xatırladaq ki, Məmmədov avqustun 1-də saxlanılıb və ertəsi gün Bakı Şəhəri Xətai Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 528.1 (Məhkəmə icraçısının tələblərinə əməl etməmə) maddəsi ilə təqsirli bilərək, 500 manat cərimələyib. Həmin gün Yasamal Rayon Məhkəməsi onun barəsində 30 sutka həbs qərarı çıxarıb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, E.Məmmədov məhkəmə tərəfindən müəyyən edilmiş borcunu ödəmədiyi üçün saxlanılıb.

“Demokratiya 1918” Hərəkatında Məmmədovu ərzaq çatdıran kuryerlərin etiraz aksiyası ilə əlaqələndirirlər. Onlar yol hərəkəti qaydalarına edilən yenilikdən sonra polis tərəfindən ələ keçirilən motorollerlərin özlərinə qaytarılmasını tələb ediblər.

Məmmədov “Demokratiya 1918” Hərəkatının nəzdində fəaliyyət göstərən Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri olmaqla digər sahələrdə də kuryerlərin və muzdlu işçilərin əmək hüquqlarının müdafiəsi ilə məşğuldur.

** “Demokratiya 1918” Hərəkatı yanında Həmkarlar İttifaqları Konfederasiyası özünü hökumətyönlü Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına alternativ kimi təqdim edir. [/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

The Court of Appeal left the trade union activist under arrest

Next Post

Court refuses to recognize as illegal the search in the apartment connected with G.Ibadoglu

Start typing to see you are looking for.