Apellyasiya məhkəməsi İlhamiz Quliyevi azad etməyib

[vc_row][vc_column][vc_column_text]Bakı Apellyasiya Məhkəməsində külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsində ittiham olunan fəal İlhamiz Quliyevin həbsindən verilmiş şikayətə baxılıb.
Vəkil Zibeydə Sadıqova bildirib ki, Quliyev ona irəli sürülən ittihamları qəbul etmir. O, narkotik ticarəti ilə məşğul olmadığını, saxlanıldıqdan sonra üzərinə narkotik vasitə atıldığını bildirib.
Şikayət təmin edilməyib.
Quliyev dekabrın 6-da saxlanılıb, ayın 6-da külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi haqqında iş üzrə 4 ay müddətinə həbs edilib.
Hüquq müdafiəçilərinin fikrincə, Quliyevin həbsinin əsl səbəbi onun Abzas Media-ya verdiyi müsahibədir. Bu müsahibədə o, polisin cinayət işlərini saxtalaşdırmaq üçün sənədləşdirilməmiş narkotik vasitələrdən istifadə etdiyini bildirib.
Quliyev müsahibədə keçmiş polis əməkdaşı kimi təqdim edilib. Vaxtilə o, polis müstəntiqinin qeyri-rəsmi köməkçisi olub.
[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

The Court of Appeal did not release Ilkhamiz Guliyev

Next Post

The court arrested Hafiz Babaly for three months

Start typing to see you are looking for.