[vc_row][vc_column][vc_column_text]Yanvarın 19-da Bakı Apellyasiya Məhkəməsi “Abzas Media” onyaln nəşrinin jurnalisti Elnarə Qasımovanın həbsindən verilmiş şikayətə baxıb.
İstintaq qızın gizlənə biləcəyini əsas gətirərək, onun azad edilməsinə etiraz edib, bu barədə Turan-a vəkil Ayşa Abdel Qadir bildirib.
Lakin müdafiə tərəfi bu iddiaların əsassız olduğunu bildirib, belə ki, Qasımova iki dəfə ilk çağırışda istintaqa gəlib. Bununla belə, məhkəmə şikayəti təmin etməyib.
* Elnarə Qasımova yanvarın 13-də CM-in 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ittihamı ilə saxlanılıb. Yanvarın 15-də məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Abzas Media-nın işi üzrə cəlb edilmiş altıncı jurnalist və mətbuat işçisi oldu.
[/vc_column_text][/vc_column][/vc_row]