Apellyasiya Məhkəməsi jurnalist Nərgiz Absalamovanın şikayətini təmin etməyib

[vc_row][vc_column][vc_column_text]Yanvarın 29-da Bakı Apellyasiya Məhkəməsi Abzas Media-nın həbsdə olan jurnalisti Nərgiz Absalamovanın ailə üzvləri ilə görüş və telefon danışığının qadağan edilməsindən verdiyi şikayəti təmin etməyib.
Vəkil Rövşanə Rəhimlinin Turan-a verdiyi məlumata görə, istintaq qadağanı Absalamovanın ailə üzvləri ilə ünsiyyətindən “cinayət törətmiş digər şəxslərin ifşasına mane olmaq üçün” istifadə oluna biləcəyi ilə əsaslandırır.
Müdafiə tərəfi bu iddiaları əsassız hesab edir.
* Nərgiz Absalamova ötən il noyabrın 20-dən etibarən “Abzas Media-nın işi” üzrə həbs edilən altıncı jurnalist və mətbuat işçisidir. Onlar hamısı valyuta qaçaqmalçılığında ittiham olunublar. Jurnalistlər ittihamları təkzib edirlər və cinayət təqibini Abzas Media-nın korrupsiya faktlarını araşdırması ilə əlaqələndirirlər.
[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

Court of Appeal rejects appeal by journalist Nargiz Absalamova

Next Post

The Court of Appeal granted Mohiaddin Orujev’s complaint

Start typing to see you are looking for.