Apellyasiya Məhkəməsi jurnalisti həbsdə saxlayıb

İyunun 24-də Bakı Apellyasiya Məhkəməsində “Abzas Media-nın işi” üzrə həbs olunmuş jurnalist Nərgiz Absalamovanın ilkin həbs müddətinin uzadılmasından verilmiş şikayətə baxılıb.

Vəkil Rövşanə Rəhimovanın Turan-a verdiyi məlumata görə, məhkəmə şikayəti təmin etməyib, Xətai Rayon Məhkəməsinin jurnalistin həbs müddətinin 3 ay uzadılması haqqında 11 iyun tarixli qərarını qüvvədə saxlayıb.

Vəkil məhkəmənin qərarını qanunsuz və əsassız hesab edir.

* 2023-cü il noyabrın 20-dən etibarən Abzas Media nəşrinin altı jurnalisti və mətbuat işçisi “valyuta qaçaqmalçılığı” ittihamı ilə həbs olunub. Onlar ittihamları qəbul etməyiblər, cinayət işini Abzas Media-da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələdiriblər.

Beynəlxalq KİV-i müdafiə təşkilatları Azərbaycan hakimiyyətini həbs olunan jurnalistləri dərhal azad etməyə və KİV-ə qarşı təzyiqə son qoymağa çağırıb.
Previous Post

Court of Appeal keeps journalist in custody

Next Post

The court extended the arrest of employees of the Youtube publication “Kanal 13”

Start typing to see you are looking for.