Apellyasiya Məhkəməsi Möhyəddin Orucovu həbsdə saxlayıb

[vc_row][vc_column][vc_column_text]Bu gün Bakı Apellyasiya Məhkəməsi ictimai fəal Möhyəddin Orucovun həbsindən verilmiş şikayəti təmin etməyib.
Dekabrın 15-də Orucov külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunaraq, dörd ay müddətinə həbs edilib. Oktyabrda Orucov 30 gün müddətinə həbs edilib və azadlığa çıxdıqdan sonra polis bölməsində məruz qaldığı fiziki və mənəvi təzyiq faytlarını ictimailəşdirib.
Məhkəmə iclasında fəal telefon zəngi hüququndan məhrum edilməsindən şikayət edib, bu barədə jurnalistlərə vəkil Nazim Musayev bildirib. Onun sözlərinə görə, bu məhdudiyyəti yalnız istintaq orqanı tətbiq edə bilər. Lakin müstəntiq vəkilə belə bir qərar qəbul etmədiyini bildirib. Bununla belə, İstintaq Təcridxanasında Orucova hüquqlarının məhdudlaşdırıldığını bildiriblər.
Vəkil İstintaq Təcridxanasına gedib Orucovun telefon danışığı hüququndan məhrum edilməsinin səbəblərini yerində araşdırmaq niyyətindədir.
Fəalın anası Təranə Orucova jurnalistlərə oğlunun saxlanıldıqdan sonra bir dəfə belə zəng etmədiyini təsdiq edib.
“Onunla bircə dəfə dekabrın 15-də, məhkəmədən aparılarkən əlaqə saxlaya bilmişik”, deyə anası bildirib. Oğlum anasının həbsi və evlərində külli miqdarda narkotik “tapmaqla” şantaj olunduğunu, buna görə etirafedici ifadə vermək məcburiyyətində olduğunu söyləməyə müvəffəq olub.
Orucov son bir ayda həbs olunmuş 12 fəal və jurnalistdən biridir. Avropa İttifaqı və ABŞ Dövlət Departamenti də daxil olmaqla, beynəlxalq qurumlar Azərbaycan hakimiyyətini onları azad etməyə çağırıb.
[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

The Court of Appeal has remanded Mohaddin Orujev in custody

Next Post

A political prisoner attempted suicide in a pre-trial detention center

Start typing to see you are looking for.