Apellyasiya Məhkəməsi Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərini azad etməyib

[vc_row][vc_column][vc_column_text]Bazar ertəsi Bakı Apellyasiya Məhkəməsi İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Afiyəddin Məmmədovun həbsinin daha 2 ay uzadılmasından şikayəti təmin etməyib.
Məmmədov sentyabrın 20-də naməlum şəxs tərəfindən hücuma məruz qaldıqdan sonra saxlanılıb. Lakin Məmmədovun özü hücumda və başqasını bıçaqlamaqda ittiham olunub.
Sentyabrın 21-də axşam Xətai Rayon Məhkəməsi Məmmədovu Azərbaycan Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) və 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddələrilə ittiham edərək həbs edib. Bu maddələr üzrə onu 8 ilədək həbs təhlükəsi gözləyir.
Noyabrın 15-də məhkəmə həbs müddətini daha 2 ay uzadıb. Hüquq müdafiəçiləri Məmmədovu siyasi məhbus kimi tanıyıblar.
Qeyd edək ki, Afiyəddin Məmmədovun rəhbərlik etdiyi Müstəqil Həmkarlar İttifaqı kuryer xidməti işçilərinin maraqlarını müdafiə edib.
[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

The Court of Appeal did not release the head of independent trade unions

Next Post

Search in the apartment of the director of Internet television Kanal13

Start typing to see you are looking for.