Apellyasiya Məhkəməsi Q.İbadoğlunun müalicə müəssisəsinə köçürülməsindən imtina qərarını qüvvədə saxlayıb

[vc_row][vc_column][vc_column_text]Dekabrın 28-də Bakı Apellyasiya Məhkəməsində vəkillərin müxalif siyasətçi Qubad İbadoğlunun Ədliyyə Nazirliyinin müalicə müəssisəsinə köçürülməsi haqqında vəsatətinin icraata qəbul edilməsindən imtina ilə bağlı verilmiş şikayətə baxılıb.
“Nərimanov Rayon Məhkəməsi ümumiyyətlə vəsatətimizi icraata qəbul etməyib. Təəssüf ki, Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarından verdiyimiz şikayəti təmin etməyib”, deyə vəkil Zibeydə Sadıqova bildirib.
* İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu saxta pul hazırlama ittihamı ilə 3 ay 26 gün müddətinə həbs edib. Azərbaycan DİN-dən İbadoğlunun 2016-cı ildə Türkiyədə dövlət çevrilişi cəhdində ittiham olunan Fətullah Gülənin tərəfdarları ilə əlaqəsi olduğunu bildiriblər.
Avqustun 25-də ona qarşı daha bir ittiham irəli sürülüb – “dini ekstremist materialların hazırlanması, saxlanması və ya yayılması”.
Noyabrın 16-da məhkəmə Qubad İbadoğlunun həbs müddətini 3 ay uzadıb.
Qubad İbadoğlu ittihamları qəbul etmir, onları absurd hesab edir. Bir çox beynəlxalq təşkilatlar və rəsmi şəxslər rəsmi Bakını siyasətçini dərhal azad etməyə çağırıblar. Avropa Parlamenti Qubadoğlunun təqib olunması ilə əlaqədar azərbaycanlı məmurlara qarşı sanksiyalar tətbiq etməyə çağırıb. 16В

[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

The Court of Appeal upheld the refusal to transfer G.Ibadoglu to a prison hospital

Next Post

The trial in the case of Bakhtiyar Hajiyev has begun

Start typing to see you are looking for.