Apellyasiya Məhkəməsi Sevinc Vaqifqızını həbsdə saxlayıb

[vc_row][vc_column][vc_column_text]Yanvarın 18-də Bakı Apellyasiya Məhkəməsində hakim Cavid Hüseynin sədrliyilə jurnalist Sevinc Vaqifqızının barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə şikayətə baxılıb. Vəkil Elçin Sadıqov Turan-a bildirib ki, apellyasiya instansiyası Xətai Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb, şikayəti təmin etməyib.
Vəkil deyib ki, məhkəmə prosesində jurnalist Sevinc Vaqifqızı da iştirak edib. Bu dəfə o, şüşə qəfəsdə oturmayıb.
“Məhkəmədə, hətta apellyasiya şikayətində də bildirmişdik ki, dörd uşağın ölümünə səbəb olan şəxslər ev dustaqlığında olduğu halda, heç bir zərərə səbəb olmayan şəxslərin həbsdə qalması qanunsuzdur. Sevinc Vaqifqızı da bildirdi ki, o, araşdırmalarına görə həbs olunub və cəzalandırılır. Ancaq məhkəmə bizim apellyasiya şikayətimizi təmin etmədi”, – vəkil deyib.
* Abzas Media nəşrinin direktoru Sevinc Vaqifqızı ötən il noyabrın 20-dən bu onlayn nəşrin bir neçə əməkdaşı ilə birlikdə həbsdədir. Onlar valyuta qaçaqmalçılığında ittiham olunurlar. Jurnalistlər ittihamları rədd edirlər və onlara qarşı cinayət təqiblərini Abstras Media-nın antikorrupsiya araşdırmaları ilə əlaqələndirirlər.
[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

The Court of Appeal has remanded Sevinj Vagifgizy in custody

Next Post

The Court of Appeal has remanded Hafiz Babaly in custody

Start typing to see you are looking for.