Apellyasiya Məhkəməsi Tofiq Yaqublunu həbsdə saxlayıb

[vc_row][vc_column][vc_column_text]Bu gün Bakı Apellyasiya Məhkəməsi müxalifətçi siyasətçi Tofiq Yaqublunun ev dustaqlığına buraxılmasından imtina ilə bağlı şikayətini təmin etməyib. Bu barədə siyasətçinin qızı Nigar Həzi bildirib.

Onun sözlərinə görə, prosesdə Yaqublu bildirib ki, hökuməti tənqid etdiyinə görə siyasi sifarişlə həbs olunub.

Həzi qeyd edib ki, aprelin 14-də siyasətçinin 4 aylıq ilkin həbs müddəti başa çatır. Ancaq onun fikrincə, digər siyasi məhbuslarda olduğu kimi,  həbs müddəti uzadılacaq.

O qeyd edib ki, Yaqublunun barəsində istintaq hərəkətləri aparılmır.

*Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu dekabrın 14-də dələduzluq və qanunsuz sənəd hazırlamaqda ittiham olunaraq həbs edilib.

Bundan əvvəl siyasətçi dəfələrlə cinayət və inzibati təqibə məruz qalıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıblar.[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

The Court of Appeal has remanded Tofig Yagublu in custody

Next Post

Bakhtiar Hajiyev called his trial a “political process”

Start typing to see you are looking for.