Apellyasiya Məhkəməsi Toplum TV-nin təsisçisini ev dustaqlığına buraxmayıb

Dekabrın 4-də Bakı Apellyasiya Məhkəməsi “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılmasından imtina ilə bağlı müdafiə tərəfin verdiyi apellyasiya şikayətini təmin etməyib. Bu barədə Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli bildirib.

İclasda iştirak edən Ələsgər Məmmədli həbs qətimkan tədbirinin uzadılmasına heç bir əsas olmadığını və ev dustaqlığına buraxılması üçün qanuni əsaslar olduğunu bildirib.

Noyabrın 27-də Xətai Rayon Məhkəməsi 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması ilə bağlı müraciətini təmin etməyib.

Oktyabrın 3-də Xətai Rayon Məhkəməsi Ələsgər Məmmədlinin həbs müddətini daha 3 ay uzadıb.

6-8 mart tarixlərində “Tolum TV” və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunurlar. Yeddi nəfər barədə həbs qətimkan tədbiri seçilib, iki nəfər isə polisin nəzarətinə verilib.

“Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli də valyuta qaçaqmalçılığında ittiham olunur.

Previous Post

Appeals Court Refuses to Release “Toplum TV” Founder Under House Arrest

Next Post

The court arrested Rufat Safarov for 4 months

Start typing to see you are looking for.