[vc_row][vc_column][vc_column_text]Martın 27-də Bakı Apellyasiya Məhkəməsi Abzas Media on-layn nəşrinin direktoru Ülvi Həsənlinin ilkin həbs müddətinin 3 ay uzadılmasından verdiyi şikayəti təmin etməyib.
O, məhkəmə iclasında ittihamı təkzib edib və Abzas Media-nın jurnalist araşdırmalarına görə təqib olunduğunu bildirib.
Həsənli 20 noyabr 2023-cü il tarixində saxlanılıb. Ona qarşı xarici valyuta qaçaqmalçılığı ittihamı irəli sürülüb və məhkəmənin qərarı ilə o, 4 ay müddətinə həbs edilib. Martın ortalarında məhkəmə həbs müddətini 3 ay uzadıb.
Bu iş üzrə Abzas Media-nın daha 5 jurnalsiti və mətbuat işçisi saxlanılıb.
Beynəlxalq jurnalist təşkilatları və hüquq müdafiə təşkilatları Abzas Media əməkdaşlarının peşə fəaliyyətləri ilə əlaqədar təqibinə görə Azərbaycan hakimiyyətini tənqid edib.[/vc_column_text][/vc_column][/vc_row]