Apellyasiya Məhkəməsi Bəxtiyar Hacıyevi azad etməyib

Cümə axşamı Bakı Apellyasiya Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevin şikayətini təmin etməyərək, onu həbsdə saxlayıb.

Məhkəmə iclasında Hacıyev bildirib ki, ona qarşı irəli sürülmüş xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları saxta və yalandır.

Fəal qeyd edib ki, bu gün səhərdən etibarən aclıq elan edib və azad olunana qədər aclığı davam etdirmək niyyətindədir.

Hüquq müdafiəçisi Rüfət Səfərovun Turan-a verdiyi məlumata görə, Hacıyev həmçinin ona qarşı təxribat hazırlandığını bildirib.

Xatırladaq ki, dekabrın 9-da Bakının Xətai rayon məhkəməsi Bəxtiyar Hacıyevi 1 ay 20 gün istintaq müddətinə həbs edib. Fəal xuliqanlıqda və məhkəməyə hörmətsizlikdə ittiham olunub. O, 1,5 ilə qədər azadlıqdan məhrum edilə bilər.

ABŞ Dövlət Departamenti, Aİ, beynəlxalq hüquq müdafiə təşkilatları Hacıyevi azad etməyə çağırıblar.

Previous Post

Court of Appeal did not release Bakhtiyar Hajiyev

Next Post

Avaz Zeynally’s arrest appealed to ECHR

Start typing to see posts you are looking for.