Apellyasiya Məhkəməsi Elçin Məmmədovu vaxtından əvvəl azad etməkdən imtina edib

Bakı Apellyasiya Məhkəməsi hüquq müdafiəçisi Elçin Məmmədin cəzasının yarısını çəkməsi ilə əlaqədar vaxtından əvvəl şərti azadlığa buraxılmasından imtina haqqında şikayətini təmin etməyib. Bu barədə Turan-a onun anası Rahilə Məmmədli bildirib.

“Elçin məhkəmədə çıxış edib və ittihamların saxtalaşdırıldığını bildirib.

Sumqayıtda Elçinin ofisinin qarşısında şəhər təhlükəsizliyi videomüşahidə kamerası quraşdırılıb. Bu kameranın görüntülərinə baxılsa, gecə vaxtı kənar şəxslərin onun ofisinə girdiyi, güllə və “zərərçəkmişin” zinət əşyalarını qoyduğu aydın olacaq. Ofisin sahibi də onda ofisin başqa açarı olduğunu etiraf edib. Oğlumu sübutsuz mühakimə ediblər”, deyə Rahilə Məmmədova bildirib.

Onun sözlərinə görə, prokuror onun oğlunu “əməlindən peşman olmadığına” görə qınayıb.

“Oğlum törətmədiyi cinayəti heç vaxt etiraf etməyəcəyini deyib. Məhkəmə nəinki oğlumun təqsirsiz olduğunu, hətta mənim – onkoloji xəstəliyi olan yaşlı anasının, yetkinlik yaşına çatmayan iki övladının onun himayəsində olduğunu da nəzərə almayıb. Elçin özü də xroniki xəstəliklərdən əziyyət çəkir”, deyə Məmmədli qeyd edib.

O, apellyasiya instansiyasının qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriləcəyini bildirib.

Məmmədin inzibati cəzası olmamasına baxmayaraq, bundan əvvəl cəzasının 1/3-ni çəkməsi ilə əlaqədar onun cəzasının yüngülləşdirilməsindən də imtina olunub.

* “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” QHT-nin rəhbəri və “Yüksəliş Naminə” saytının redaktoru Elçin Məmməd 2020-ci ilin martında həbs olunub. Elə həmin il oktyabrın 17-də Sumqayıt Şəhər Məhkəməsi onu “oğurluq” və “qanunsuz döyüş sursatı və silah saxlamaq”da təqsirli bilərək, 4 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.  

Amnesty İnternational, PEN, FİACAT və digər beynəlxalq təşkilatlar Məmmədin həbsini pisləyib. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Previous Post

Court of Appeal denied Elchin Mammad’ early release

Next Post

The Supreme Court leaves the head of the IPA in prison

Start typing to see posts you are looking for.