Apellyasiya məhkəməsi keçmiş diplomatı həbsdə saxlayıb

İyulun 29-da Bakı Apellyasiya Məhkəməsi hakim Həsən Əhmədovun sədrliyi ilə keçmiş diplomat Emin İbrahimov barəsində həbs qətimkan tədbiri seçilməsi barədə qərarından verdiyi şikayəti təmin etməyib.



Bu barədə vəkil Bəhruz Bayramov “Amerikanın Səsi”nə deyib.

Vəkil Bəhruz Bayramovun sözlərinə görə, Emin İbrahimov artıq 6 gündür ki, qanunsuz həbsinin əlaməti olaraq aclıq aksiyasını davam etdirir.

“Məhkəmə zamanı o, aclıq aksiyasını dayandırmaq üçün ona təzyiq edildiyini söylədi. Emin ona böhtan atıldığını da bildirib; İstintaqın zərərçəkmiş hesab etdiyi şəxsi görməyib və tanımır”, – deyə vəkil bildirib.

V.Bayramov Apellyasiya Məhkəməsinin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyini bildirib.

Xatırladaq ki, Emin İbrahimova iyulun 24-də rayonun Qaraçuxur kənd sakini Kamal Şükürova Cinayət Məcəlləsinin bıçaqla xəsarət yetirmək (126.2.4, silah tətbiq etməklə qəsdən sağlamlığa xəsarət yetirmə) və 221.1-ci (xuliqanlıq) maddələri ilə cinayət işi açılıb.

“Emin hadisəni belə təsvir edir: “Xalqlar Dostluğu” metrosunun yaxınlığındakı evinə gedərkən naməlum şəxs ona hücum edib və bundan dərhal sonra mülki geyimli polislər tərəfindən saxlanılıb və Nizami rayon 24-cü polis şöbəsinə aparılıb”, – deyə vəkil bildirib.

Nizami Rayon Məhkəməsi Emin İbrahimovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

* Keçmiş diplomat Emin İbrahimov 2007-2020-ci illərdə diplomatik xidmətdə olub. 2012-2016-cı illərdə Azərbaycanın ABŞ-dakı səfirliyində, 2016-2019-cu illərdə Azərbaycanın Uruqvaydakı diplomatik nümayəndəliyində çalışıb.

Emin İbrahimov 2020-ci il martın 13-də ölkədə seçki hüquq və azadlıqlarının boğulmasına etiraz olaraq istefa ərizəsi ilə Xarici İşlər Nazirliyinə müraciət edib və diplomatik fəaliyyətindən istefa verib. Bundan sonra o, mətbuatda və sosial şəbəkələrdə çıxış edərək Azərbaycan hakimiyyətini vətəndaşların hüquqlarının pozulmasına və saxtakarlığa görə tənqid edib.

Previous Post

The Court of Appeal did not release the former diplomat

Next Post

Georgia refused to grant asylum to an activist from Azerbaijan

Start typing to see you are looking for.