Apellyasiya Məhkəməsi Ülvi Həsənlini həbsdə saxlayıb

Martın 27-də Bakı Apellyasiya Məhkəməsi Abzas Media on-layn nəşrinin direktoru Ülvi Həsənlinin ilkin həbs müddətinin 3 ay uzadılmasından verdiyi şikayəti təmin etməyib.

O, məhkəmə iclasında ittihamı təkzib edib və Abzas Media-nın jurnalist araşdırmalarına görə təqib olunduğunu bildirib.

Həsənli 20 noyabr 2023-cü il tarixində saxlanılıb. Ona qarşı xarici valyuta qaçaqmalçılığı ittihamı irəli sürülüb və məhkəmənin qərarı ilə o, 4 ay müddətinə həbs edilib. Martın ortalarında məhkəmə həbs müddətini 3 ay uzadıb.

Bu iş üzrə Abzas Media-nın daha 5 jurnalsiti və mətbuat işçisi saxlanılıb.

Beynəlxalq jurnalist təşkilatları və hüquq müdafiə təşkilatları Abzas Media əməkdaşlarının peşə fəaliyyətləri ilə əlaqədar təqibinə görə Azərbaycan hakimiyyətini tənqid edib.

Previous Post

The Court of Appeal has remanded Ulvi Hasanli in custody

Next Post

The ECHR has announced decisions on 21 applications from Azerbaijan

Start typing to see posts you are looking for.