[vc_row][vc_column][vc_column_text]Azərbaycan Talışlarının İctimai Şurası (ATİŞ) Ruslan Vahabovun narkotik ittihamı ilə 4 il müddətindən azad edilməsi haqqında hökmü pisləyib. Bu hökmü yanvarın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsi verib.
ATİŞ hesab edir ki, Vahabov saxta ittihamla təqib olunur, belə ki, Vahabovun təqsirinin etibarlı dəlili təqdim edilməyib. Bütün ittiham polis işçilərinin iddiaları üzərində qurulub, istintaq isə narkotiklərin mənşəyini müəyyən etməyib.
ATİŞ hesab edir ki, Vahabovun həbsinin əsl səbəbi sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini tənqid etməsidir. ATİŞ onu dərhal azad etməyə çağırır.
Müttəhimin vəkili Aqşin Kərimovun qeyd edib ki, Vahabov ilk olaraq CM-in 234.4.3-cü (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunub (5 ildən 12 ilədək azadlıqdan məhrumetmə).
Lakin istintaq zamanı ittiham 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan daha yüngül maddəyə tövsif edilib (234.1.1 – satış məqsədi olmadan külli miqdarda narkotik vasitələrin qanunsuz yolla əldə edilməsi, saxlanılması).
Kərimovun sözlərinə görə, Vahabov özünü təqsirli bilmir, müdafiə tərəfi hökmdən apellyasiya instansiyasına şikayət verəcək və bəraət istəyəcək.
Vahabov bu ilin sentyabrında saxlanılıb.[/vc_column_text][/vc_column][/vc_row]