Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Bəhruz Həsənovun işi üzrə qərarı elan edib

Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının  üzvü Bəhruz Həsənovun şikayəti üzrə qərarı elan edib. Bu barədə hüquqşünas Xalid Ağalıyev bildirib.

Şikayət 2012-ci ildə Həsənovun saxlanması və inzibati həbsilə əlaqədar Avropa İnsan Hüquqları Konvensiyasının 1-ci maddəsinin 5-ci bəndinə (azadlıq və şəxsi toxunulmazlıq hüququ) əsasən verilib.

Həsənov hesab edirb ki, onun saxlanılması və inzibati həbsi özbaşına xarakter daşıyıb, Həsənov həmçinin Konvensiyanın 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) üzrə hüquqlarının pozulması məsələsini qaldırıb.

Avropa İnsan Hüquqları Məhkəməsi Konvensiyanın hər iki maddəsi üzrə Həsənovun hüquqlarının pozulduğunu etiraf edib və ona 4500 avro məbləğində kompensasiya ödənilmsini qərara alıb.

Bəhruz Həsənov müxalifətçinin onu təhqir etdiyini iddia edən naməlum şəxsin şikayəti əsasında saxta xırda xuliqanlıq ittihamı ilə 2012-ci ildə 10 sutka inzibati qaydada həbs edilmişdi.

Previous Post

Oppositionist Samir Ashurov arrested for 4 months

Next Post

ECHR announced its decision on case of PPFA member Bahruz Hasanov

Start typing to see posts you are looking for.