Avropa İnsan Hüquqları Məhkəməsi müxalifətçi Yadigar Sadıqlının şikayətini təmin edib

Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi Müsavat Partiyasının üzvü Yadigar Sadıqlının işi üzrə qərarını elan edib. Şikayət 2013-cü ildə ona qarşı açılmış iş üzrə Sadıqlının ilkin həbsinə aid olub.

O 2013-cü il iyunun 27-də özünü Qarabağ müharibəsi veteranı adlandıran şəxsin şikayəti əsasında saxlanılıb. Sadıqlı özü təhqir olunsa da, onu sözügedən şəxsi döyməkdə ittiham ediblər.

2014-cü il yanvarın 13-də məhkəmə Sadıqlı silah tətbiq etməklə xuliqanlıqda təqsirli bilib və 6 il müddətinə azadlıqdan məhrum edib. Sonradan yuxarı instansiyalar cəzanı 4 ilə, daha sonra isə 3,5 ilə endiriblər. Sadıqlı siyasi məhbus kimi tanınıb və 2016-cı ilin martında əfv olunub.

Vəkil Xalid Ağalıyev Turan-a bildirib ki, Sadıqlı öz şikayətində əsassız saxlanıldığını və həbs qətimkan tədbirinin qanunsuz olduğunu göstərib.

Avropa İnsan Hüquqları Məhkəməsi həmçinin belə nəticəyə gəlib ki, Azərbaycan hakimiyyəti ərizəçinin məhkəməyə qədər həbsdə saxlanmasının zəruriliyini əsaslandıran “müvafiq” və “yetərli” səbəbləri təqdim etməyib.

Avropa İnsan Hüquqları Məhkəməsi Sadıqovun Avropa İnsan Hüquqları Konvensiyasının 5.3-cü maddəsi (ilkin həbs üçün məhkəmə əsasın olmaması) üzrə hüquqlarının pozulduğunu tanıyıb və ona mənəvi zərərə görə 3000 avro, məhkəmə xərclərinə görə isə 500 avro məbləğində pul kompensasiyasının ödənilməsi barədə qərar çıxarıb.

Sadıqlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını məzmunca ədalətli hesab edir. Bununla belə, o, kompensasiyanın məbləğinin az olduğunu qeyd edib.

“Uzun müddət azadlıqdan məhrum edildiyimi nəzərə alsaq, əlbəttə ki, kompensasiyanın məbləği azdır. Amma son vaxtlar Avropa İnsan Hüquqları Məhkəməsi kompensasiyanın məbləği məsələsində hökumətə çox “xeyirxah” yanaşır. Digər tərəfdən, keçmiş siyasi məhbuslara münasibətdə müəyyən “differensasiya” var. Birinə böyük, digərinə isə kiçik məbləğlər təyin olunur”, – Yadigar Sadıqlı qeyd edib.

Previous Post

The ECHR granted the complaint of the opposition leader Yadigar Sadigly

Next Post

Is a new lawsuit being prepared against Ali Aliyev?

Start typing to see posts you are looking for.