Avropa Şurası Parlament Assambleyasının bir qrup deputatı Azərbaycanda siyasi məhbusların artması haqda qətnamənin qəbuluna təşəbbüs göstərir

Avropa Şurası Parlament Assambleyasının 20 deputatı “Azərbaycanda siyasi məhbusların sayının artması” haqqında qətnamənin qəbulunu təklif edib.

 “Azərbaycanda jurnalistlərə, hüquq müdafiəçilərinə və müxalifətçilərə qarşı təqiblərin artması, siyasi məhbusların sayının artması həyəcan doğurur”, -13 ölkədən 20 parlamentarinin imzaladığı sənəddə deyilir. Təşəbbüsçü İtaliyadan olan deputat Mauritsio Bukkarelladır.

Sənəddə jurnalist Əvəz Zeynallı və hüquq müdafiəçisi Elçin Sadıqovun həbsi yada salınır. Hakimiyyət Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviçin Zeynallı və Sadıqovu dərhal azad etmək çağırışına məhəl qoymayıb.

2022-ci ilin ortalarında bloger Abid Qafarov uydurma böhtan ittihamı ilə həbs edilib. Müxalifətçi Əli Əliyevə qarşı eyni ittihamla üç cinayət işi başlanıb.

2022-ci ilin mayında bloger Rəşad Ramazanov uydurma ittihamla həbs edilib.

“Parlament Assambleyası Azərbaycanda siyasi məhbuslarla bağlı  işlərə diqqətlə baxmalı və öyrənməlidir”, – sənəddə deyilir.

Petisiya müəllifləri hesab edirlər ki, Assambleya Azərbaycan hökumətini Avropa İnsan Hüquqları Konvensiyasına əməl etməyə və bütün siyasi məhbusları azad etməyə çağırmalıdır.

Qətnamə layihəsinin Avropa Şurası Parlament Assambleyasında müzakirəyə çıxarılacağı vaxt hələlik məlum deyil.

Previous Post

Group of PACE deputies initiates resolution on growing number of political prisoners in Azerbaijan

Next Post

The ECHR investigates the complaints of the defendants in the “Nardaran case”

Start typing to see posts you are looking for.