AXCP fəalı həbs edildi, partiyanın digər üzvü cərımələndi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvlərinin biri inzibati qaydada həbs olundu, digəri isə cərimələndi.

Bu barədə Turana partiyadan məlumat verilib. 

AXCP-dən bildirilib ki, aprelin 10-da partiyanın Ağdaş rayon şöbəsindən Ali Məclis üzvü Məzahir Rəhimov həbs olunub. “Yol getdiyi yerdə polislər onu saxlayıb, sonra məhkəməyə aparıblar və polisə müqavimət adı ilə 10 sutka inzibati qaydada həbs cəzası veriblər”.

Partiyadan qeyd edblər ki, M.Rəhimov siyasi fəaliyyətinə həbs olunub və heç bir qanunsuz əməli yoxdur.

AXCP-dən əlavə olunub ki, Məzahir Rəhimovun məhkəməsinə gedən digər partiya üzvü Qorxmaz Əbdürrəhimov da polis tərəfindən saxlanıldı. “Məhkəməyə gəldiyinə görə Qorxmaz bəyi da saxlayıb məhkəməyə aparıblar və 100 manat cərimələyib sərbəst buraxıblar”. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Previous Post

Two PFPA activists subjected to administrative punishments

Next Post

The Center for the Study of Corruption and Organized Crime (CSCOC): The Azerbaijani authorities are behind the compromising material on Bakhtiar Hajiyev

Start typing to see you are looking for.