AXCP fəalının işi üzrə məhkəmə baxışı təyin edilib

[vc_row][vc_column][vc_column_text]Aprelin 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Həsənovun işi üzrə hazırlıq iclası keçirilib. Məhkəmə baxışı aprelin 19-na təyin edilib.

Məhkəmədə vəkil Nemət Kərimlinin müdafiə etdiyi şəxsin vəkilin yanında əyləşməsi və həbsin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatətləri təmin edilməyib.

Elnur Həsənov 28 noyabr 2023-cü ildə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi (Cinayət Məcəlləsinin 234.4.3-cü madəsi) ittihamı ilə həbs olunub. Fəal hesab edir ki, həbsinin əsl səbəbi Yol Polisi rəhbərliyinin hərəkətlərini tənqid etməsidir.[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

The trial of the PFPA activist begins

Next Post

PFPA activist sentenced to 6 years in prison

Start typing to see you are looking for.