AXCP fəalının qapalı həbsxanaya keçirildiyi bildirilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gəncə şəhər təşkilatının fəalı Şahin Hacıyevin qapalı həbsxanaya köçürüldüyü bildirilir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının məlumatında deyilir ki, 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Şahin Hacıyev AXCP üzvü kimi seçkiləri boykot etdiyinə görə ard-arda iki dəfə karserə (cərimə təcridxanası) salınıb.

“Sonra isə 3 ay ərzində digər məhbuslarla ünsiyyətdən təcrid olunub. Görünür, sonra gizli məhkəmə keçirib Şahin Hacıyevin ümumi rejimli cəzaçəkmə növünü dəyişərək, onu Qobustan Qapalı Həbsxanasına göndəriblər”, deyə məlumatda qeyd edilir.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

* Şahin Hacıyev 2021-ci ilin noyabrında narkotik ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Previous Post

The PFPA activist was given a tougher punishment regime

Next Post

Head of Meclis.info website detained

Start typing to see posts you are looking for.