AXCP həbdə olan fəalının cərimə təcridxanasına salındığını bildirir

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) həbsdə olan fəalı Şahin Hacıyevin cərimə təcridxanasına (kars) salındığını bildirib.

“Fevralın 3-də 6 saylı həbsxananın rəhbərliyi 56 yaşlı Şahin müəllimi karsa saıblar. Səbəb kimi Şahin müəllim öz gödəkcəsinin arxa hissəsinə “mən günahsızam” yazması olub. Gödəkcəsini soyundurub müsadirə edəndən sonra, Şahin müəllim jiletinin arxasına “Seçki şou” yazıb və ondan sonra jiletini də əlindən alıb özünü isə karsa atıblar”, – AXCP-nin fevralın 4-də yaydığı məlumatda deyilir.

Öz növbəsində Penitensiar Xidmət Turanın  AXCP-nin məlumatı ilə bağlı sorğusuna hələ cavab verməyib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Şahin Hacıyev 2022-ci il martın 31-də Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökm ilə 6 il azadlıqdan məhrum edilib.

Məhkəmə Hacıyevi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) təqsirli bilib.

Şahin Hacıyev məhkəmənin hökmü ilə razılaşmayıb və tam günahsız olduğunu bildirib.

“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Turana  bildirib ki, ittiham məhkəmə istintaqı zamanı sübut olunmayıb.

Hüquq müdafiəçiləri Şahin Hacıyevi siyasi məhbus kimi tanıyıblar.

Previous Post

PFPA activist imprisoned in a punishment cell

Next Post

The court sentenced religious blogger Rashad Ramazanov to 5 years and 4 months in prison

Start typing to see posts you are looking for.