AXCP-nin Masallı şəhər təşkilatının sədri həbs olunub

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Masallı Şəhər dayaq dəstə sədri Mehdi Əsədov inzibati qaydada 30 sutka müddətinə həbs olunub. 

Partiyadan Turan-a verilən məlumata görə, Əsədov sentyabrın 13-də öz evində polis tərəfindən saxlanılıb. “Dünən polis şöbəsinin əməkdaşları AXCP Masallı Şəhər dayaq dəstə sədri Mehdi Əsədovun evinə gələrək əvvəlcə onun telefonunu tapıb götürüblər, sonra özünü zorla şöbəyə aparıblar. Bir neçə saatdan sonra o, məhkəməyə aparılıb və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə müqavimət) maddəsi ilə təqsirli bilinərək,  inzibati qaydada 30 sutka müddətinə həbs olunub”, deyə AXCP-dən qeyd ediblər.

Partiyadan hesab edirlər ki, Əsədov sosial şəbəkələrdə tənqidi nəşrlərinə görə həbs olunub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Previous Post

Head of PPFA city organization was arrested in Masalli

Next Post

The lawyer meets with Elchin Sadigov

Start typing to see posts you are looking for.