Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı əsassız həbsə etiraz edərək batareya udub

[vc_row][vc_column][vc_column_text]Bazar ertəsi Bakı Apellyasiya Məhkəməsi Xalq Cəbhəsi Partiyasının fəalı Elxan Əliyevin onun həbsilə bağlı birinci instansiya məhkəməsinin qərarından şikayətini təmin etməyib.

Proses zamanı o bildirib ki,  obyektiv qərar gözləmirdi və protest əlaməti olaraq pultun batareyasını udub, Turan-a Əliyevin tərəfdarları bildiriblər.

“Məhkəmədə Elxan dedi ki, başqa qərar gözləmirdi. O bildirdi ki, bir müddət əvvəl quru aclıq edib, onu inandırıblar tezliklə ya əfv ilə, ya da Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa çıxacaq. 25 may tarixli əfv siyasi məhbuslara şamil olunmadığına görə o əmin oldu ki,  Apellyasiya Məhkəməsi şikayəti təmin etməyəcək”, – partiya üzvlərindən biri deyib.

Əliyev hökmü qanunsuz və sərt hesab edir, çünki cinayət törətmədiyi halda zərərçəkmişə dəymiş ziyanı ödəyib.

Vəkil Nemət Kərimli məlumatı təsdiqləyərək deyib ki, Əliyev məhkəmədə bildirib ki, batareya udub və öz həyatına son qoymaq istəyir.

* Elxan əliyev 2023-cü ilin iyulunda “dələduzluq” və “saxta sənəd hazırlamaq və istifadə etmək” ittihamı ilə həbs edilib. Fəal ittihamları uydurma adlandırıb. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 5 il müddətinə azadlıqdan məhrum edib. Mayın 13-də apellyasiya şikayətinə baxılarkən Elxan Əliyev quru aclığa başlamaq niyyətində olduğunu bildirib.[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

PPFA activist swallowed battery protesting against unjustified arrest

Next Post

Court of Appeal fails to satisfy Anar Mammadli’s complaint against illegal searches in his case

Start typing to see you are looking for.