Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı, həbsdə olan Əlizamin Salayev 13 gündür aclıq edir

Fevralın 20-də Cavid Hüseynin sədrliyilə Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyası Salyan rayon təşkilatının sədri Zamin Salayevin şikayətini təmin etməyib və onu həbsdə saxlayıb.

Vəkil Nemət Kərimli bildirib ki, Zamin Salayev 13 gündür ki, aclıq edir.

“O, məhkəmədə bildirib ki, ittiham tamamilə yalandır, ona böhtan atıblar. O, heç kimə hücum etməyib, əksinə, onun özünə hücum ediblər. Ancaq polis hücum edəni yox, onu saxlayıb. Bir neçə dəqiqədən sonra polis Zamini saxlayıb”, – vəkil deyib.

Zamin Salayev hakimə müraciət edərək deyib: “Ölənə qədər aclıq edəcəm. Ya məni həbsdən buraxacaqlar, ya da öləcəyəm”.

* Fevralın 8-də Bakının Qaradağ Rayon Məhkəməsi Salayevi üç ay müddətinə həbs edib. Onun barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə (silahdan istifadə etməklə xuliqanlıq) cinayət işi başlanıb və onu 5 ilədək həbs təhlükəsi gözləyir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasında əmindirlər ki, Zamin Salayevə qarşı təxribat sosial şəbəkələrdə hakimiyyətin siyasətinə qarşı tənqidi yazılarına görə onu cəzalandırmaq məqsədilə həyata keçirilib.

Previous Post

Arrested PFPA activist Alizamin Salaev has been on hunger strike for 13 days

Next Post

Two participants of yesterday’s rally in defense of Bakhtiyar Hajiyev detained

Start typing to see you are looking for.