[vc_row][vc_column][vc_column_text]Məhkəmə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Elbəyi Kərimlinin həbs müddətini daha 20 ay uzadıb.
Dekabrın 28-də keçirilən məhkəmə prosesində Kərimli bildirib ki, cinayət təqibinə etiraz olaraq bir gün öncə istintaq təcridxanasında aclığa başlayıb.
Avqust ayından Kərimliylə əlaqə saxlamaq mümkün olmayıb. İki ay sonra məlum olub ki, o, narkotik maddə ittihamı ilə həbs edilib.
Gəncin valideynləri yoxdur, buna görə də partiya tərəfdaşları onun taleyini aydınlaşdıra bilməyiblər. Partiyada hesab edirlər ki, gənc siyasi motivlərlə saxta ittiham əsasında təqib edilir.
[/vc_column_text][/vc_column][/vc_row]