Azərbaycan Xalq Cəbhəsi Partiyası Sumqayıtda fəallara təzyiq edildiyini bildirib

Azərbaycan Xalq Cəbhəsi Partiyası Sumqayıt şəhər şöbəsinin üzvləri yerli polis idarəsinə çağırılaraq və ya zorla aparılaraq, siyasi mənsubiyyətlərinə görə hədələniblər. Bu barədə partiyanın 19 fevral tarixli məlumatında deyilir.

Fəallara təzyiq fevralın 13-də şəhər partiya təşkilatının onlayn müşavirəsindən sonra baş verib.

Fəallardan birinin telefonunun şifrəsini zorla açdıraraq şöbənin vatsap qrupundakı hər kəsi müəyyənləşdirəndən sonra 20 nəfərə yaxın partiya üzvünü polis idarəsinə çağırıblar. Zorla aparılanlar da olub. Onlardan siyasi fəaliyyəti dayandırmaları tələb olunub.

Öz növbəsində, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Elşad Hacıyev polisdə kiməsə təzyiq göstərilməsilə bağlı iddiaları təkzib edib.

“Polis siyasi mənsubiyyətinə görə heç kimə təzyiq göstərmir“,  – o deyib.

Previous Post

Azerbaijani political emigrants in Germany protest against their extradition

Next Post

Party of People’s Front of Azerbaijan claimed pressures on activists in Sumqayit

Start typing to see posts you are looking for.