Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsəlman Birliyi Hərəkatı Şəhidlər Xiyabanına yürüşdən sonra öz fəallarının həbs olunduqlrını bildiriblər

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Rövşən Səfərov polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edilib. Partiyanın mətbuat xidmətindən Turan-a bildiriblər ki, Səfərov yanvarın 22-də yoxa çıxıb və 36 saatdan sonra məlum olub ki, o, polisə tabe olmadığına görə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə inzibati qaydada həbs edilib.

Azərbaycan Xalq Cəbhəsi Partiyası Səfərovun həbsini yanvarın 20-də Şəhidlər Xiyabanına yürüşdə iştirakı ilə əlaqələndirib. “Həmin gün polis partiya üzvlərini Şəhidlər Xiyabanına buraxmadı. Rövşən Səfərov və Anar Hüseynov polisin hərəkətinə etiraz ediblər.  

Elə həmin gün Anar Hüseynov 30 sutka, Səfərov isə 2 gün sonra həbs olunub”, – partiyadan deyiblər və  fəalların həbsinin siyasi motivli olduğunu adlandırıb.

Qeyd edək ki, Rövşən Səfərov şəhid oğludur,  atası Yavər Səfərov 1994-cü ildə Horadiz uğrunda döyüşlərdə həlak olub.

Bu partiyanın fəallarından başqa, Müsəlman Birliyi Hərəkatının bir neçə üzvü də Şəhidlər Xiyabanına yürüşdə iştirak etdiyinə görə inzibati məsuliyyətə cəlb edilib.

Həmin təşkilatdan bildiriblər ki,  yanvarın 20-də yürüşdən sonra onların 10-a yaxın fəalı saxlanılıb.  Onların əksəriyyəti polis bölmələrində saatlarla saxlanıldıqdan sonra sərbəst buraxılıb. 4 nəfər – Həsən Abbaszadə, Nizami Əhməd, İmran Məmmədli və Tərlan Seyidov isə 30 sutka həbs edilib. Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.

Previous Post

PPFA and DME report arrests of their activists after march on Shehid Alley

Next Post

Appeals court leaves Aliyev in custody

Start typing to see posts you are looking for.