Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Elnur Həsənov 30 sutka həbs edilib

Çərşənbə axşamı Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Elnur Həsənov Yasamal Rayon Məhkəməsi tərəfindən xuliqanlıq və polisə tabe olmamaq (İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri) ittihamı ilə 30 sutka həbs edilib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasından bildiriblər ki, Həsənov bu gün “Azərişıq” enerji şirkətinin ofisində saxlanılıb və oradan məhkəməyə aparılıb.

İki gün öncə Həsənov yanvarın 26-da 85 yaşlı nənəsinin evində işığın  kəsilməsi səbəbindən “Azərişıq” Sabunçu rayon idarəsinə gedib. Nənəsi İkinci Dünya Müharibəsi veteranının dul qadınıdır.

Həsənov emosional şəkildə etiraz edib ki, cüzi borca görə yaşlı qadının işığı kəsilib. Eyni zamanda o, hakimiyyətin siyasətini tənqid edib.

Ona vəd ediblər ki, nənəsinin evində elektrik enerjisi bərpa ediləcək, amma bunu etməyiblər.

Bu gün Həsənov “Azərişıq”ın baş ofisinə gedib və orada mülki geyimli iki şəxs tərəfindən saxlanılıb.

“Görünür, Həsənov sosial şəbəkələrdə hakimiyyətin ünvanına kəskin tənqidi status yazdıqdan sonra onu izləməyə başlayıblar”, – Azərbaycan Xalq Cəbhəsi Partiyasından bildiriblər.

Elnur Həsənov İkinci Qarabağ Müharibəsi şəhidi Teymur Mahal oğlu Həsənovun qardaşıdır.

Previous Post

PFPA activist Elnur Hasanov arrested for 30 days

Next Post

Avaz Zeynalli was transferred from the State Security Service to the pre-trial detention center of the Penitentiary Service

Start typing to see posts you are looking for.