Fevralın 20-də Bakı Apellyasiya Məhkəməsinin önündə ictimai fəal Bəxtiyar Hacıyevin həbsinə görə etiraz aksiyası keçirən D18 Hərəkatının üzvləri Afiyəddin Məmmədov və Samir Sultanov inzibati qaydada həbs olunub. Bu barədə Turan-a onların vəkili Zibeydə Sadıqova bildirib.
Onun sözlərinə görə, hər iki fəal İnzibati Xətalar Məcəlləsinin 510 (kiçik xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələblərinə müqavimət göstərmə) maddələri ilə 30 sutka müddətinə həbs olunublar. Gənclər məhkəmədə özlərini təqsirli bilməyiblər, bildiriblər ki, nə ictimai asayişi pozublar, nə xuliqanlıq ediblər.
Xatırladaq ki, D18 Hərəkatının 5 gənc üzvü Apellyasiya Məhkəməsinin binası qarşısında Bəxtiyar Hacıyevin azad edilməsi tələbi ilə etiraz aksiyası keçiriblər. Onlar hamısı saxlanılıb, bəziləri elə həmin gün sərbəst buraxılıb.