Dekabrın 9-da Xətai Rayon Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevi istintaq müddətinə – 1 ay 20 gün müddətinə həbs edib, bu barədə jurnalistlərə onun vəkili Aqil Layıc bildirib.
Fəal Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik) maddələri ilə təqsirli bilinib. O, 3 ilədək azadlıqdan məhrum edilə bilər.
Hacıyev məhkəmədə çıxışında irəli sürülən ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə, o cümlədən beynəlxalq forumlarda hakimiyyəti tənqid etdiyinə görə təqib olunduğunu bildirib.
Müdafiə tərəfi məhkəmə qərarı ilə razı deyil və həbsdən apellyasiya şikayəti vermək niyyətindədir.