Bəxtiyar Hacıyev müdafiə hüquqlarının pozulduğunu bildirib

[vc_row][vc_column][vc_column_text]Mayın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində fəal Bəxtiyar Hacıyevin işi üzrə proses davam edib.

İclasın əvvəlində Hacıyev müdafiə hüquqlarının pozulduğunu bildirib. Xüsusən, məhkəməyə gələrkən 1 saylı Bakı İstintaq Təcridxanasının rəis müavini şəxsən yazılı vəsatətləri onun əlindən alıb.

Bununla bağlı hakim İstintaq Təcridxanasına sorğu göndəriləcəyini və Hacıyevin hüquqlarının təmin ediləcəyini bildirib.

Daha sonra proses zərərçəkmişin – Yasamal Rayon Məhkəməsinin əməkdaşı Orxan Abdullayevin ifadəsi ilə davam etməli idi. Lakin o, məhkəməyə gəlməyib. Bununla əlaqədar olaraq hakim digər zərərçəkmişin – Ülviyyə Alovlunun ifadələrini dinləməyi təklif edib.

Lakin Hacıyev etiraz edib və bildirib ki, əvvəlcə Yasamal Rayon Məhkəməsindən videoçəkilişin kadrlarına baxılmalıdır. Onun sözlərinə görə, videokadrlara baxıldıqda onun Alovlunu vurmadığı məlum olacaq.

Lakin hakim deyib ki, hərəkətlərin ardıcıllığını pozmaq olmaz və baxış zərərçəkmişin ifadələri alındıqdan və onun sözlərinin istintaqda verdiyi ifadə ilə müqayis olunmasından sonra həyata keçirilə bilər.

Hacıyev və vəkilləri “ardıcıllıq” üçün əvvəlcə Abdullayevin dinlənilməli olduğunu qeyd ediblər. Bu səbəbdən prosesdə mayın 17-nə qədər fasilə elan edilib.

Hacıyev həmçinin bildirib ki, İstintaq Təcridxanasında onun Penitensiar Xidmətə və ombudsmana tibbi müayinədən keçməsi haqqında ərizələrinin göndərilməsinə mane olurlar.

Eyni zamanda, İstintaq Təcridxanası onun Hacıyevin hüquqlarını fəal şəkildə müdafiə etdiyinə görə həbs olunmuş fəal Rail Abbasovun işi üzrə məktubunu birinci vitse-prezident Mehriban Əliyevaya göndərmir.

*  Bəxtiyar Hacıyev 9 dekabr 2022-ci il tarixində jurnalist Ülviyyə Alovlunun şikayəti əsasında açılmış cinayət işi ilə əlaqədar saxlanılıb. O, əvvəlcə CM-in 221 (xuliqanlıq) və 289-cu (məhkəməyə qarşı hörmətsizlik) maddələri ilə ittiham edilib.

2023-cü ilin ilin iyulunda ona qarşı CM-in 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.

Noyabrın 7-də Hacıyevə qarşı CM-in 213.1-ci (vergi, işsizliyə görə sığorta ödənişindən, icbari tibbi və sosial sığorta ödənişlərindən yayınma) maddəsi ilə ittiham irəli sürülüb.

Hacıyev bütün ittihamları təkzib edir və hakimiyyəti tənqid etdiyinə, repressiyalarda əli olan Azərbaycan məmurlarına qarşı beynəlxalq sanksiyalar tətbiq etmək çağırışlarına görə təqib olunduğunu bildirir. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.[/vc_column_text][/vc_column][/vc_row]

Previous Post

Apellyasiya Məhkəməsi jurnalist Elnarə Qasımovanı həbsdə saxlayıb

Next Post

Health condition of jailed Alesker Mammadli gets worse

Start typing to see you are looking for.