Bəxtiyar Hacıyev Penitensiar Xidmətin xəstəxanasına yerləşdirilib

Fevralın 10-da ictimai fəal Bəxtiyar Hacıyev 1 saylı Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Bu barədə Turan-a onun qardaşı Vüqar Hacıyev bildirib.

Bu gün Hacıyevi xəstəxananın baş həkimi qəbul edib, o bildirib ki, fəal hələ də qida qəbul etməkdən imtina edir və heç olmasa damcı yolu ilə dərman köçürməyə icazə vermir. Bununla belə, baş həkimin sözlərinə görə, Hacıyevin huşu yerindədir və o, “ünsiyyətcildir”, deyə fəalın qardaşı bildirib.

Ona bu gün 34 gündür azad edilməsi tələbi ilə aclıq edən Bəxtiyar Hacıyevlə görüş və ya telefon danışığı vəd ediblər.

* Bəxtiyar Hacıyev dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə saxlanılıb. Elə həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib.

Dekabrın 15-də Hacıyev azad edilməsi tələbi ilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra o, dekabrın 28-də aclığı dayandırıb. Amma yanvarın 9-da Apellyasiya Məhkəməsi onu azad etməkdən imtina etdikdən sonra aclığı bərpa edib və bu günə qədər davam etdirir.

Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini 1 ay uzadıb.

Previous Post

Bakhtiyar Hajiyev hospitalized at penitentiary service hospital

Next Post

Key U.S. Senators Call For Release Of Bakhtiyar Hajiyev

Start typing to see you are looking for.