[vc_row][vc_column][vc_column_text]İctimai fəal Bəxtiyar Hacıyev barəsində cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub. Hazırlıq iclası dekabrın 29-na təyin edilib.
Bəxtiyar Hacıyev 9 dekabr 2022-ci il tarixində “xuliqanlıq” (CM-in 221-ci mad.) və “məhkəməyə qarşı hörmətsizlik” (289 mad.) ittihamı ilə saxlanılıb.
Bu ilin iyulunda ona qarşı 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması), 206 (qaçaqmalçılıq), 320.1 (rəsmi sənədlərin saxtalaşdırılması və 320.2-ci (qəsdən saxta sənədlərdən istifadə) maddələrlə ittiham irəli sürülüb. Noyabrda o, həm də CM-in 213.1-ci (vergi, işsizlik sığortası, icbari tibbi və sosial sığorta ödənişlərindən yayınma) maddə ilə ittiham olunub.
Bəxtiyar Hacıyev hesab edir ki, irəli sürülən bütün ittihamlar saxtalaşdırılıb, əbsin və ittihamların səbəbi hakimiyyəti tənqid etməsidir.
Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.
[/vc_column_text][/vc_column][/vc_row]