Bəxtiyar Hacıyevin işi üzrə prosesdə ittiham aktı elan olunub

Fevralın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin işi üzrə proses davam edib. Bugünki iclasda ittiham aktı oxunub.
Prokuror bildirib ki, Hacıyev Azərbaycan CM-in 221 (xuliqanlıq), 289 (məhkəmyə qarşı hörmətsizlik), 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə olunmuş gəlirlərin leqallaşdırılması), 206 (qaçaqmalçılıq), 213.1 (vergi ödənişindən yayınma), 320.1-ci (sənədlərin saxtalaşdırılması) maddələri ilə məsuliyyət nəzərdə tutulan əməlləri törətməkdə ittiham olunur. Bütün ittihamlar üzrə onu uzunmüddətli həbs cəzası gözləyir.
İttiham hökmü oxunduqdan sonra hakim Hacıyevdən ittihamı başa düşüb-düşmədiyini soruşub. Cavab olaraq o, hüquqi cəhətdən başa düşdüyünü, faktiki olaraq isə başa düşmədiyini deyib.
Hacıyev prokurordan hansı tarixlərdə “qaçaqmalçılıq” törətdiyini və ittihamın onun tərcümələrlə məşğul olan qurumuna aid olub-olmadığını soruşub.
Hakim Hacıyevə prokurora sual vermək hüququna malik olmadığını bildirib, lakin məhkəmə istintaqı zamanı bu məsələrə aydınlıq gətiriləcəyini qeyd edib.
Hacıyev ona qarşı irəli sürülən bütün ittihamları təkzib edib. Zərərçəkmiş Ülviyyə Alovlu məhkəməyə gəlmədiyinə görə proses fevralın 16-na qədər təxirə salınıb.
* Bəxtiyar Hacıyev 9 dekabr 2022-ci il tarixində CM-in 221 və 289-cu (xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlk) maddələri ilə ittiham olunaraq saxlanılıb. Sonradan ona qarşı başqa ittihamlar irəli sürülüb.
Hacıyev hesab edir ki, irəli sürülən bütün ittihamlar saxtadır. O, həbsə və ittihamlara hakimiyyəti tənqid etməsinin səbəb olduğu qənaətindədir. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Previous Post

The indictment was announced at the trial of Bakhtiyar Hajiyev

Next Post

Elnara Gasimova’s lawyer claimed a violation of the confidentiality of her documents

Start typing to see posts you are looking for.